Bu səhifə nə haqqındadır
Bu mətn FinOps məhsuluna aiddir: partner.finops.az saytına, həmin hesabla açılan mobil tətbiqə və eyni hesabın veb versiyasına. Şirkətiniz FinOps-da anbar, ticarət, maliyyə və qoşulmaları aparır.
finops.az marketinq saytındakı demo forması ayrıca, qısa siyasətlə təsvir olunub. Burada söhbət artıq məhsulun içindəki məlumatdan gedir.
Kim məsuliyyət daşıyır
Məhsulu AZFINOPS TECH MMC təqdim edir. Şirkətiniz öz əməkdaşlarını dəvət edir və öz sənədlərini aparır. Əməkdaşın adı, rolu və iş yazıları şirkətin hesabının bir hissəsidir.
Emal «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa (11 may 2010-cu il, № 998-IIIQ) uyğun aparılır.
- Hüquqi adı
- AZFINOPS TECH MMC
- VOEN
- 1310027111
Hesab
Giriş üçün şirkətin yaratdığı hesabdan istifadə olunur. Bunun üçün ad, e-poçt, telefon, şirkətin adı, vəzifə və şifrə lazımdır. Şifrə geri oxunmayan formada saxlanılır.
Eyni məlumat veb kabinetdə və tətbiqdə görünür, çünki bu, eyni hesabdır.
Şirkətin iş məlumatı
FinOps şirkətin özünün daxil etdiyi və ya qoşulmalardan gələn iş məlumatını saxlayır ki, anbar, sənəd və hesabat işləsin. Bu məlumat reklam üçün istifadə olunmur və başqa müştərilərlə qarışdırılmır: hər şirkətin yazıları öz ayrıca bazasındadır.
Buraya adətən bunlar daxildir:
- Mallar, anbar qalıqları və qiymətlər
- Müştərilər, təchizatçılar və əlaqə kartları, o cümlədən ad, telefon, e-poçt və VOEN
- Qaimə, sifariş, ödəniş və borc qalıqları
- Hesabatlar və əməkdaşın sənəddə etdiyi dəyişiklik
Qoşulmalar
Bank, marketpleys, çatdırılma və ya kassa yalnız şirkət özü qoşanda işə düşür. Bu halda FinOps həmin xidmətlə sənəd mübadiləsi üçün lazım olan açarı saxlayır və yalnız həmin qoşulmanın istədiyi məlumatı ötürür: sifariş, ödəniş, qalıq və ya çek.
Qoşulma söndürüləndə mübadilə də dayanır. Açar başqa məqsəd üçün istifadə olunmur.
Bildirişlər
Şirkət istəsə, günün yekunu və ya iş bildirişi tətbiqin bildirişi kimi göndərilə bilər. Bildirişə yalnız həmin xəbər üçün lazım olan qısa mətn düşür.
Telefon bildirişə icazəni özü soruşur. İcazəni telefonun ayarından bağlamaq olar, kabinet isə əvvəlki kimi açılır.
Giriş və texniki məlumat
Kabinetin açıq qalması üçün sessiya saxlanılır. Bununla birlikdə IP ünvanı, giriş vaxtı və cihazın qısa təsviri (telefon və ya brauzer) qeyd oluna bilər. Bu, hesabın öz cihazlarınızda qalması və sənəd tarixçəsinin başa düşülməsi üçündür.
Sənəd tarixçəsində kiminsə nəyi dəyişdiyi görünür. Bu, şirkətin öz uçotu üçündür.
Tətbiq reklam identifikatoru, kontakt siyahısı və mikrofon istəmir. Kamera yalnız məhsulun ştrix kodunu və ya seriya nömrəsini oxumaq üçündür. Foto kitabxanası yalnız şirkət çatına və ya ziyarətə şəkil əlavə edəndə açılır. Məkan yalnız kontragentə ziyarəti qeyd edəndə soruşulur və həmin mövqe şirkətin FinOps serverində qalır. Hər icazəni telefon əvvəlcə sizdən soruşur.
Nə etmirik
İş məlumatını satmırıq və reklam şəbəkələrinə vermirik. Tətbiq sizi başqa şirkətlərin proqramlarında izləmir. Analitika və reklam kukisi qoymuruq.
Sağlamlıq, biometrik və bu qəbildən olan məlumat toplamırıq.
Harada saxlanılır
Əsas bazalar Almaniyada, Avropa data mərkəzində saxlanılır. Sayt və tətbiqin əlaqəsi Cloudflare şəbəkəsindən keçir və HTTPS ilə açılır. Ehtiyat nüsxə gündəlik götürülür və ayrıca yerdə durur ki, yazılar itməsin.
Şirkətin özü qoşduğu bank və ya marketpleys həmin xidmətin öz infrastrukturunda da emal oluna bilər. Bu, yalnız qoşulmuş xidmətin işi üçün olur.
Nə qədər saxlanılır
İş məlumatı şirkət FinOps-dan istifadə etdiyi müddətdə saxlanılır. Hesabat və sənədi istənilən vaxt Excel-ə çıxarmaq olar.
Şirkət xidmətdən çıxanda və silinməni yazanda həmin şirkətin bazasını və ehtiyat nüsxələrini silirik. Əməkdaş hesabdan çıxarılanda onun girişi dayanır.
Sizin seçimləriniz
Özünüzə aid məlumatı görmək, düzəltmək və ya silinməsini istəmək olar. Əməkdaş üçün ən qısa yol şirkətin inzibatçısıdır, çünki hesab ona məxsusdur. Birbaşa bizə də yaza bilərsiniz: info@finops.az.
Müraciətdə adınızı və şirkətinizi göstərin. Adətən 30 gün ərzində cavab veririk. Cavab kifayət etməzsə, məhkəməyə və fərdi məlumatlar üzrə səlahiyyətli orqana müraciət etmək olar.
Yeniləmə
Mətni yeniləyəndə yeni redaksiyanı bu səhifədə dərc edirik. O, dərc olunduğu andan partner.finops.az və tətbiqə şamil olunur.