Marketpleysdə satış edən şirkətlərin ən çox vaxt itirdiyi yer sifarişlərin əl ilə sistemə köçürülməsidir. Gün ərzində onlarla sifariş gəlir, hər biri üçün qaimə yazılır, sonra anbar qalığı ayrıca düzəldilir.
Qoşulma nə dəyişir
Qoşulma qurulduqdan sonra proses belə işləyir:
- Platformada sifariş yaradılan an FinOps onu qəbul edir;
- Məhsul kodu üzrə uyğunluq tapılır və qalıq anbardan silinir;
- Satış qaiməsi avtomatik formalaşır;
- Ödəniş daxil olduqda maliyyə əməliyyatı hesaba yazılır.
Kataloq uyğunluğu
Ən mühüm hazırlıq mərhələsi kataloq uyğunluğudur: platformadaki məhsul kodu ilə FinOps-dakı məhsul kartı əlaqələndirilməlidir. Bu işi quraşdırma zamanı biz aparırıq və sınaq sifarişi ilə yoxlayırıq.
Nəticə
Sifarişlərin əl ilə köçürülməsi aradan qalxır, anbar qalığı real vaxtda doğru olur, gün sonunda satış hesabatı hazır vəziyyətdə olur.