Anbar hesabatı
Məhsul kartı, barkod, çoxsaylı anbar və real vaxtda qalıq hesabatı. Filtr, axtarış və Excel ixracı.
İmkanlar
Anbardan hesabata qədər bütün proseslər bir platformada. Modulları biznesinizə uyğun aktivləşdirin.
İmkanlar
Ayrı-ayrı proqramlar və cədvəllər əvəzinə tək platforma.
Məhsul kartı, barkod, çoxsaylı anbar və real vaxtda qalıq hesabatı. Filtr, axtarış və Excel ixracı.
Satış və alış qaimələri, qaytarma, ödəniş tarixçəsi, kontakt kartı VOEN və əlaqə nömrələri ilə.
Kassa və bank hesabları, hər əməliyyatda valyuta və məzənnə, AZN üzrə vahid hesabat bazası.
Dövriyyə, marja, debitor və kreditor borc göstəriciləri. Dövr seçimi ilə qrafik hesabatlar.
Hər qaimə və maliyyə əməliyyatı barədə bildiriş, gün sonunda isə dövriyyə, borc və hesab qalığı üzrə xülasə birbaşa Telegram-a gəlir.
Satış və qaytarma çekləri, X və Z hesabatları — kassa əməliyyatları hesabata eyni anda düşür.
Rol əsaslı icazələr, modul üzrə giriş və hər dəyişikliyin jurnalı: kim, nə vaxt, nəyi dəyişib.
Kontakt, məhsul, qaimə və maliyyə əməliyyatı — hamısı şapkadaki bir axtarış sətrindən tapılır.
Komanda təqvimi gün, həftə və ay görünüşündə, xarici təqvim proqramları ilə sinxron.
Proqram interfeysi
Aşağıdaki düymələrdən bölmə seçin — həmin modulun nümunə məlumatları ilə ekranı açılacaq.
Ekranlarda nümunə məlumatlar göstərilir
Günün satışı, borclu müştərilər və anbar qalığı bir ekranda göstərilir.
Əməkdaşların məlumatları, şöbələr, vəzifələr, məzuniyyət və davamiyyət bu bölmədə saxlanılır.
Onlayn mağazanızda satılan məhsullar, sifarişlər və ödəniş statusları burada idarə olunur.
Bütün sifarişlər statusa görə sıralanır: yeni, hazırlanır, göndərilib. Axtarış və filtr ilə tez tapırsınız.
Barkod skan edilir, səbət formalaşdırılır, nağd və ya kartla ödəniş qəbul olunur. Satış qaiməsi və anbar qalığı avtomatik yenilənir.
Məhsul siyahısı, anbar qalığı, barkod və anbar hesabatları bir bölmədə toplanır.
Müştəri və təchizatçı məlumatları, satış və alış qaimələri, ödəniş və qaytarma əməliyyatları.
Kassa və bank hesablarındakı pul, xərclər və borc balansı bir yerdə izlənilir.
Komandanın görüş və tapşırıqları gün, həftə və ay görünüşündə göstərilir.
Ay üzrə satış həcmi, ən çox satılan məhsullar və müştərilər qrafiklərlə göstərilir.
Proqramda edilən dəyişikliklər qeydə alınır: kim, nə vaxt və nəyi dəyişib.
Proqramın bütün parametrləri burada qurulur: bölmələr, icazələr, valyuta və qoşulmalar.
Suallar
Demo, qiymət, qoşulma və məlumat təhlükəsizliyi haqqında əsas cavablar.
FinOps anbar, ticarət, maliyyə, ödəniş və hesabat proseslərini vahid rəqəmsal mühitdə birləşdirən bulud ERP sistemidir. Proqram brauzer üzərindən işləyir, məlumatlar isə səlahiyyətlərə uyğun olaraq əməkdaşlar üçün əlçatan olur.
Sistem pərakəndə və topdansatış, xidmət, distribusiya və elektron ticarət sahələrində çalışan kiçik, orta və çoxfiliallı şirkətlər üçün uyğundur. Modullar biznesin fəaliyyət istiqamətinə və əməliyyat həcminə uyğun seçilir.
Vahid məlumat bazası, real vaxtda anbar qalığı və maliyyə göstəriciləri, rol əsaslı giriş, əməliyyat jurnalı, çoxvalyutalı hesabat və xarici platformalarla qoşulma. Bu yanaşma təkrarlanan işi və ayrı-ayrı cədvəllərdən asılılığı azaldır.
Əməliyyatlar bir sistemdə toplandığı üçün rəhbərlik daha dəqiq və vaxtında məlumat alır, əməkdaşlar eyni məlumatla işləyir, əl ilə daxil etmə və uyğunsuzluq riski azalır. Nəticədə nəzarət, planlaşdırma və qərarvermə daha sistemli olur.
Saytdakı müraciət formasını göndərin və ya bizimlə birbaşa əlaqə saxlayın. Ehtiyaclarınızı dəqiqləşdirdikdən sonra uyğun modulları və planı təklif edir, demo göstərir və təsdiqdən sonra quraşdırma ilə məlumat köçürməsini başlayırıq.
FinOps internet bağlantısı və müasir brauzer olan mobil cihazdan açıla bilər. Gündəlik baxış və əsas əməliyyatlar telefondan mümkündür; geniş cədvəllər və həcmli məlumatlarla iş üçün kompüter daha rahatdır.
Xeyr. Bulud versiyası üçün internetə qoşulan kompüter və müasir brauzer kifayətdir. Barkod skaneri, çek printeri və POS avadanlığı yalnız biznes prosesinizdə ehtiyac olduqda qoşulur.
Bəli. Bütün planlara quraşdırma mərhələsində yönləndirmə və sonrakı texniki dəstək daxildir. Müraciətlər seçilmiş plana uyğun olaraq e-poçt və ya prioritet dəstək kanalı vasitəsilə cavablandırılır.
Bəli. Qısa demo görüşündə sisteminizi sizin məlumatlarınızla göstəririk: anbar, qaimə, ödəniş və hesabat. Uyğun gəlsə, sınaq mühiti açılır və komandanız real ssenarilərlə işləyə bilir.
Qiymət seçilmiş plan, modullar, istifadəçi və filial sayı, eləcə də fərdi qoşulma ehtiyaclarına əsasən müəyyən edilir. Start və Biznes planlarında aylıq və ya endirimli illik ödəniş seçilə bilər. Bütün planlara bulud hosting, ehtiyat nüsxə, quraşdırma, məlumat köçürməsi və texniki dəstək daxildir.
Tipik olaraq 3–10 iş günü: giriş, məlumat idxalı, əsas qayda və rolların qurulması, sınaq əməliyyatları. Qoşulmalar və çoxfiliallı quruluş əlavə vaxt tələb edə bilər — bunu əvvəlcədən razılaşdırırıq.
Xeyr. Qoşulmaları biz quraşdırırıq: platformada hesabınızı bağlayır, kataloq uyğunluğunu qururuq və sınaq sifarişi ilə yoxlayırıq. Sizdən yalnız giriş məlumatları tələb olunur.
Bəli. Məhsul kataloqu, kontaktlar, anbar qalığı və başlanğıc borc balansı Excel və ya CSV faylından idxal olunur. Köçürməni biz aparırıq və nəticəni sizinlə birlikdə yoxlayırıq.
Xeyr. Modullar ayrı-ayrılıqda aktivləşdirilir. Anbar və ticarətdən başlaya, sonra maliyyə, analitika və qoşulmaları əlavə edə bilərsiniz.
Qaimə və maliyyə əməliyyatı yaradılanda bildiriş gəlir; gün sonunda dövriyyə, borc və hesab qalığı üzrə qısa xülasə göndərilir. Hansı hadisələrin getməsini sizinlə razılaşdırırıq.
Azərbaycan, rus və ingilis. Dil hər istifadəçi üçün ayrıca seçilir — bir şirkətdə əməkdaşlar fərqli dillərdə işləyə bilər.
Giriş rol əsaslı icazələrlə məhdudlaşdırılır: hər əməkdaş yalnız öz modullarını görür. Kritik əməliyyatlar jurnala yazılır, ehtiyat nüsxə müntəzəm çıxarılır. Ətraflı — Təhlükəsizlik səhifəsində.
Standart halda bulud üzərində işləyir. Korporativ planda ayrı server və fərdi quraşdırma mümkündür.
Məlumatlar sizindir. Müqavilə bitəndə kataloq, qaimə və hesabatları razılaşdırılmış formatda (məsələn Excel/CSV) təhvil veririk, sonra sistemdəki nüsxə silinir.
Demo zamanı öz məlumatlarınız üzərində göstəririk: hansı modullar lazımdır, hansı platformalar qoşulur, nə qədər vaxt qazanırsınız.