Əsas məzmuna keç
FinOps

Təhlükəsizlik

Məlumatlarınız qorunur

Mühasibat məlumatı şirkətin ən həssas hissəsidir. Ona görə qoruma bir neçə səviyyədə qurulub: infrastruktur, girişə nəzarət və hər əməliyyatın izlənməsi.

İnfrastruktur

Serverlər, şəbəkə və verilənlər bazası səviyyəsində qoruma.

  • DDoS filtri

    Trafik Cloudflare şəbəkəsindən keçir: hücum və zərərli sorğular sistemə çatmamış süzülür, filtr 24/7 işləyir.

  • Ötürülmə zamanı şifrələmə

    Brauzerlə server arasındakı bütün əlaqə HTTPS üzərindən, TLS 1.3 ilə şifrələnir.

  • Ayrıca baza — hər şirkət üçün

    Şirkətlər ümumi bazanı bölüşmür: hər müştəri sistemin öz ayrıca nüsxəsində və öz bazasında işləyir.

  • Şifrələr və inteqrasiya açarları

    Şifrələr geri qaytarıla bilməyən formada saxlanılır (PBKDF2-SHA256), bank inteqrasiyalarının açarları isə ayrıca şifrələnir.

  • Avtomatik ehtiyat nüsxə

    Baza hər gün bütöv şəkildə arxivlənir və serverdən kənarda, ayrı bulud anbarında saxlanılır.

  • Avropa data mərkəzi

    Serverlər Almaniyada, Hetzner-in ISO/IEC 27001 sertifikatlı data mərkəzindədir: N+1 UPS, ehtiyatlı elektrik xətti və 24/7 fiziki mühafizə.

Girişə nəzarət

Sistemə kimin, haradan və nəyə çıxışı olduğunu siz təyin edirsiniz.

  • IP üzrə məhdudiyyət

    Girişi bütün şirkət və ya ayrıca əməkdaş üçün icazə verilən IP ünvanları ilə məhdudlaşdırmaq olar.

  • Rol modeli (RBAC)

    Hər əməkdaş yalnız öz modullarını və icazə verilən əməliyyatları görür: rollar və hüquqlar ayrıca qurulur.

  • Sessiyalara nəzarət

    Giriş açarının müddəti məhduddur və müntəzəm yenilənir; şifrə dəyişdirildikdə və ya əməkdaşın girişi bağlandıqda bütün cihazlarda sessiya dərhal dayandırılır.

  • Şifrənin təxmin edilməsinə qarşı qoruma

    Ardıcıl uğursuz giriş cəhdləri IP üzrə bloklanır, şifrə bərpası sorğuları da eyni qaydada məhdudlaşdırılır.

Şəffaflıq

Sistemdə baş verən hər şey izlənə bilər, məlumat isə sizindir.

  • Audit jurnalı

    Kim, nə vaxt, hansı IP ünvanından hansı sənədi yaradıb, dəyişib və ya silib — hamısı jurnalda qalır və modul, tarix, istifadəçi üzrə süzülür.

  • Məlumat sizə məxsusdur

    Məhsul, kontakt, qaimə və hesabatları istənilən vaxt Excel-ə ixrac edin; xidmətdən imtina edərkən məlumatların tam silinməsi tələbinizlə həyata keçirilir.

Şirkət məlumatları

Hüquqi adı
AZFINOPS TECH MMC
VOEN
1310027111
Əlaqə nömrəsi
+994 10 241 20 75
Ünvan
Bakı, Azərbaycan

Biznesinizi FinOps ilə avtomatlaşdırmağa hazırsınız?

Demo zamanı öz məlumatlarınız üzərində göstəririk: hansı modullar lazımdır, hansı platformalar qoşulur, nə qədər vaxt qazanırsınız.