Qiymətlər
Biznesinizin ölçüsünə uyğun plan
Bütün planlara quraşdırma, məlumat köçürülməsi və texniki dəstək daxildir.
Qiymətlər
Biznesinizin ölçüsünə uyğun plan
Bütün planlara quraşdırma, məlumat köçürülməsi və texniki dəstək daxildir.
Start
Kiçik biznes və yeni başlayanlar üçün əsas hesabat dəsti.
99 ₼ /ay
1 188 ₼ 999 ₼ /il
−16% Ayda 83 ₼ · 189 ₼ qənaət
- Anbar və ticarət modulları
- 3 istifadəçiyə qədər
- Excel idxal və ixracı
- E-poçt üzrə dəstək
Biznes
Maliyyə, analitika və platforma qoşulmaları ilə tam dəst.
199 ₼ /ay
2 388 ₼ 1 599 ₼ /il
−33% Ayda 133 ₼ · 789 ₼ qənaət
- Bütün işlək modullar
- Bank çıxarışı və e-kassa qoşulması
- Rol əsaslı icazələr
- Çoxvalyutalı hesabat
- Prioritet dəstək
Korporativ
Çoxfiliallı biznes, fərdi qoşulmalar və ayrı server.
Sorğu üzrə
- Limitsiz istifadəçi və filial
- Fərdi qoşulma və API inteqrasiyası
- Ayrı server və ehtiyat nüsxə
- Komanda təlimi
- Fərdi menecer
Suallar
Tez-tez verilən suallar
Demo, qiymət, qoşulma və məlumat təhlükəsizliyi haqqında əsas cavablar.
FinOps bulud ERP sistemi nədir?
FinOps anbar, ticarət, maliyyə, ödəniş və hesabat proseslərini vahid rəqəmsal mühitdə birləşdirən bulud ERP sistemidir. Proqram brauzer üzərindən işləyir, məlumatlar isə səlahiyyətlərə uyğun olaraq əməkdaşlar üçün əlçatan olur.
FinOps hansı şirkətlər üçün uyğundur?
Sistem pərakəndə və topdansatış, xidmət, distribusiya və elektron ticarət sahələrində çalışan kiçik, orta və çoxfiliallı şirkətlər üçün uyğundur. Modullar biznesin fəaliyyət istiqamətinə və əməliyyat həcminə uyğun seçilir.
FinOps-un əsas üstünlükləri hansılardır?
Vahid məlumat bazası, real vaxtda anbar qalığı və maliyyə göstəriciləri, rol əsaslı giriş, əməliyyat jurnalı, çoxvalyutalı hesabat və xarici platformalarla qoşulma. Bu yanaşma təkrarlanan işi və ayrı-ayrı cədvəllərdən asılılığı azaldır.
ERP sisteminə keçid biznesə hansı faydanı verir?
Əməliyyatlar bir sistemdə toplandığı üçün rəhbərlik daha dəqiq və vaxtında məlumat alır, əməkdaşlar eyni məlumatla işləyir, əl ilə daxil etmə və uyğunsuzluq riski azalır. Nəticədə nəzarət, planlaşdırma və qərarvermə daha sistemli olur.
FinOps-a necə qoşulmaq olar?
Saytdakı müraciət formasını göndərin və ya bizimlə birbaşa əlaqə saxlayın. Ehtiyaclarınızı dəqiqləşdirdikdən sonra uyğun modulları və planı təklif edir, demo göstərir və təsdiqdən sonra quraşdırma ilə məlumat köçürməsini başlayırıq.
FinOps mobil cihazlarda işləyirmi?
FinOps internet bağlantısı və müasir brauzer olan mobil cihazdan açıla bilər. Gündəlik baxış və əsas əməliyyatlar telefondan mümkündür; geniş cədvəllər və həcmli məlumatlarla iş üçün kompüter daha rahatdır.
Sistemdən istifadə üçün xüsusi avadanlıq tələb olunurmu?
Xeyr. Bulud versiyası üçün internetə qoşulan kompüter və müasir brauzer kifayətdir. Barkod skaneri, çek printeri və POS avadanlığı yalnız biznes prosesinizdə ehtiyac olduqda qoşulur.
FinOps istifadəçilərinə texniki dəstək göstərilirmi?
Bəli. Bütün planlara quraşdırma mərhələsində yönləndirmə və sonrakı texniki dəstək daxildir. Müraciətlər seçilmiş plana uyğun olaraq e-poçt və ya prioritet dəstək kanalı vasitəsilə cavablandırılır.
FinOps-u əvvəlcədən sınaqdan keçirmək mümkündürmü?
Bəli. Qısa demo görüşündə sisteminizi sizin məlumatlarınızla göstəririk: anbar, qaimə, ödəniş və hesabat. Uyğun gəlsə, sınaq mühiti açılır və komandanız real ssenarilərlə işləyə bilir.
FinOps planlarının qiyməti necə müəyyən edilir?
Qiymət seçilmiş plan, modullar, istifadəçi və filial sayı, eləcə də fərdi qoşulma ehtiyaclarına əsasən müəyyən edilir. Start və Biznes planlarında aylıq və ya endirimli illik ödəniş seçilə bilər. Bütün planlara bulud hosting, ehtiyat nüsxə, quraşdırma, məlumat köçürməsi və texniki dəstək daxildir.
Qoşulma nə qədər çəkir?
Tipik olaraq 3–10 iş günü: giriş, məlumat idxalı, əsas qayda və rolların qurulması, sınaq əməliyyatları. Qoşulmalar və çoxfiliallı quruluş əlavə vaxt tələb edə bilər — bunu əvvəlcədən razılaşdırırıq.
Qoşulmaları özüm qurmalıyam?
Xeyr. Qoşulmaları biz quraşdırırıq: platformada hesabınızı bağlayır, kataloq uyğunluğunu qururuq və sınaq sifarişi ilə yoxlayırıq. Sizdən yalnız giriş məlumatları tələb olunur.
Mövcud məlumatlarımı köçürmək mümkündür?
Bəli. Məhsul kataloqu, kontaktlar, anbar qalığı və başlanğıc borc balansı Excel və ya CSV faylından idxal olunur. Köçürməni biz aparırıq və nəticəni sizinlə birlikdə yoxlayırıq.
Yalnız bir neçə modula ehtiyacım var — hamısını almalıyam?
Xeyr. Modullar ayrı-ayrılıqda aktivləşdirilir. Anbar və ticarətdən başlaya, sonra maliyyə, analitika və qoşulmaları əlavə edə bilərsiniz.
Telegram bildirişləri necə işləyir?
Qaimə və maliyyə əməliyyatı yaradılanda bildiriş gəlir; gün sonunda dövriyyə, borc və hesab qalığı üzrə qısa xülasə göndərilir. Hansı hadisələrin getməsini sizinlə razılaşdırırıq.
İnterfeys hansı dillərdədir?
Azərbaycan, rus və ingilis. Dil hər istifadəçi üçün ayrıca seçilir — bir şirkətdə əməkdaşlar fərqli dillərdə işləyə bilər.
Məlumatlarım nə dərəcədə təhlükəsizdir?
Giriş rol əsaslı icazələrlə məhdudlaşdırılır: hər əməkdaş yalnız öz modullarını görür. Kritik əməliyyatlar jurnala yazılır, ehtiyat nüsxə müntəzəm çıxarılır. Ətraflı — Təhlükəsizlik səhifəsində.
Sistem buludda, yoxsa öz serverimizdə işləyir?
Standart halda bulud üzərində işləyir. Korporativ planda ayrı server və fərdi quraşdırma mümkündür.
Müqaviləni dayandırsaq, məlumatlar nə olur?
Məlumatlar sizindir. Müqavilə bitəndə kataloq, qaimə və hesabatları razılaşdırılmış formatda (məsələn Excel/CSV) təhvil veririk, sonra sistemdəki nüsxə silinir.
Biznesinizi FinOps ilə avtomatlaşdırmağa hazırsınız?
Demo zamanı öz məlumatlarınız üzərində göstəririk: hansı modullar lazımdır, hansı platformalar qoşulur, nə qədər vaxt qazanırsınız.