ERP (Enterprise Resource Planning) şirkətin anbar, ticarət, maliyyə və ödəniş məlumatlarını bir sistemdə toplayan proqramdır. Azərbaycanda bir çox biznes hələ Excel və ayrı-ayrı proqramlarla işləyir; bu isə qalıq, borc və dövriyyənin uyğunsuzluğuna gətirib çıxarır.

Kimlər üçün uyğundur?

  • Pərakəndə və topdansatış mağazaları
  • Distribusiya və çoxanbarlı şirkətlər
  • Marketpleys və çatdırılma ilə işləyən brendlər
  • Bir neçə filialı olan xidmət şirkətləri

Excel-dən ERP-yə keçidin əsas faydası

  1. Vahid məlumat — əməkdaşlar eyni kataloq və qalıqla işləyir.
  2. Real vaxt — qaimə yazılan kimi anbar və borc yenilənir.
  3. Hesabat — dövriyyə, marja, debitor və kreditor borc bir bazadan gəlir.
  4. İcazələr — hər əməkdaş yalnız öz modullarını görür.

FinOps-da nələr var?

FinOps bulud ERP-dir: anbar, ticarət (qaimə), maliyyə, analitika, e-kassa və platforma qoşulmaları. İnterfeys azərbaycan, rus və ingilis dillərindədir. Qoşulma və məlumat köçürməsi planlara daxildir.

Demo və ya qiymət üçün əlaqə səhifəsinə yazın və ya planlara baxın.